Rusiyalı senator ABŞ-ın İranın daxili işlərin müdaxiləsini qınadı
Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri ABŞ-ın İranın daxili işlərinə müdaxiləsini kəskin formada tənqid edib və deyib: Dünya ölkələri bu eqoist və təhrikedici ölkəni rəsmən məhdudlaşdırmalıdırlar.
TASS informasiya agentliyinin verdiyi məlumata görə, Konstantin Kosaçov deyib: ABŞ prezidenti Donald Trampın İranda iğtişaşçılara mükafat vəd etməsi çox çirkin və həyasızcasına olan bir müdaxilədir və BMT-də araşdırılasıdır.
Kosaçov İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin ABŞ-ın İranın daxili işlərinə müdaxiləsi ilə bağlı son bəyanatına tam dəstək verdiyini bildirib və deyib: Rusiya da Ağ Ev başçılarının İranın daxili işlərinə həyasızcasına müdaxilələrini və insanları iğtişaşa və zorakılığa təhrik etməsini kəskin formada qınayır və bunu rüsvayçı bir hərəkət hesab edir.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi çərşənbə günü BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ-ın İranın daxili işlərinə müdaxiləsini və iğtişaşçılara dəstək verməsini kəskin formada qınayıb.