Şimali Koreya Seulun müzakirə istəyini qəbul edib
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi bildirib ki, Pxenyan bu ölkənin yaxın gələcəkdə ixtilaflı məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması istəyi ilə razılaşıb.
UNHAP informasiya agentliyinin verdiyi məlumata görə, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Pxenyanın bu gün cümə bir müraciətdə Seulun 9 yanvarda müzakirələrin həyata keçirilməsi ilə bağlı təklifini qəbul etdiyini bildirib.
Şimali Koreyanın Vəhdət Nazirliyinin sözçüsü Bayk Tai Hyun deyib: İki tərəf ali səviyyədə sənədlərin mübadilə edilməsi ilə bir-biriləri ilə müzakirə aparmaq barədə razılığa gəliblər.
Ötən çərşənbə axşamı da Cənubi Koreyanın Vəhdət Naziri Çu Myunq Quyon Seulun Pxenyana müzakirə təklifi ilə müraciət etməsindən xəbər vermiş və ümidvarlıq etmişdi ki, Şimali Koreyanın 2018-ci il Qış Olimpiya Yarışları ərəfəsində bu təklif ilə razılaşması ilə iki ölkə rəsmiləri 9 yanvarda Cənubi Koreyanın Panmulcum sərhəd kəndində bir-biriləri ilə görüşsünlər. Bununla da iki tərəf arasındakı ixtilaflar o cümlədən Qış Olimpiya Yarışlarında iştirak məsələsi öz həllini tapmış olsun.
2018-ci il Qış Olimpiya Oyunları 9 fevral 2018-ci il tarixində Cənubi Koreyanın Pyunqçanq şəhərində start götürəcək.