CNN-in etirafı
https://azeri.sahartv.ir/news/dünya-i291387-cnn_in_etirafı
Amerikada CNN telekanalı ABŞ-ın BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı fitnədə nakam qaldığını etiraf edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2018 12:12 Asia/Baku
  • CNN-in etirafı
    CNN-in etirafı

Amerikada CNN telekanalı ABŞ-ın BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı fitnədə nakam qaldığını etiraf edibdir.

CNN telekanalı xəbər verib: BMT-nin Təhlükəsizlik Şurasının Amerikanın istəyilə cümə günü İran barədə keçirilmiş iclasında Vaşinqton İranın daxili işlərinə qarışmaqda və gizli məqsədlərə malik olmaqda ittiham olunub. 

CNN-in saytı yazıb ki, bu iclas Təhlükəsizlik Şurasının digər üzvlərinin Amerikanın müdaxilə mahiyyətli rəftarını tənqid edən kəskin ifadələrilə müşayiət olunub.

ABŞ-ın təzyiqi ilə İrandakı son iğtişaşlarla bağlı dünən gecə keçirilən BMT Təhlükəsizlik Şurasının iclası heç bir nəticə əldə etmədən başa çatıbdır.