Maduro ABŞ-ın Venesuelaya qarşı yeni sanksiyasını tənqid edib
Yan 06, 2018 19:18 Asia/Baku
Venesuela prezidenti ABŞ-ın dörd venesuelalı hərbçiyə qarşı yeni sanksiyasını tənqid edib.
Venesuela prezidenti Nikolas Maduro deyib: Dörd Venesuela hərbçisinin Amerika tərəfindən sanksiya edilməsi və Ağ Evin bundan öncə tətbiq etdiyi digər sanksiyalar bir növ Vaşinqtonun bac alması sayılır.
Venesuelanın xarici işlər naziri Xorxe Ariza da bu sanksiyaları pisləyərək vurğulayıb ki, Venesuela ordusu heç vaxt heç bir xarici qüdrət, xüsusən Amerika prezidenti Donald Trampın imperialist və militarist qüvvələri qarşısında təslim olmayacaqdır.