Yan 06, 2018 20:15 Asia/Baku
  • Ruhinqalı uşaqların acınacaqlı vəziyyəti nigaranedicidir
    Ruhinqalı uşaqların acınacaqlı vəziyyəti nigaranedicidir

Kəskin qida və səhiyyə imkanları çatışmazlığı, ruhinqalı uşaqların acınacaqlı durumu ilə bağlı nigarançılıq doğurur. Beynəlxalq Xeyriyyə Təşkilatı bildirir ki, bu il Banqladeş düşərgələrində 48 min ruhinqalı körpə dünyaya gələcək.

Banqladeşdəki ruhinqalılar düşərgələrində tibb ləvazimatlarının, eləcə də dərmanlar və qidalandırıcı yeməklərin çatışmazlığı xəstəliklərin yayılması ehtimalını ikiqat artırıbdır. Bu uşaqların əksər hissəsi ailələrinin yaşadıqları çadırlarda dünyaya gələcəkdir, zira Banqladeşdə ruhinqalı qadınlar üçün xəstəxana və ya klinikalarda doğuş xidmətləri yaradılmayıbdır.

"Uşaqların Nicatı" adlı xeryiyyə təşkilatının regional media müdiri Evan Şurman deyib: Ruhinqalı didərginlərin düşərgələrində hamilələyin qarşısının alınması üzrə dərman və vəsaitlərin olmaması, eləcə də didərginlərə cüzi ailə müşavirəsinin verilməsinə görə, belə təxmin edilir ki, hazırda ilk günlərini yaşadığımız 2018-ci ildə həmin düşərgələrdə əlli minə yaxın körpə dünyaya gələcək. Banqladeşdəki ruhinqalılar düşərgələrinin həddən artıq izdihamlı olmasına və bu düşərgələrdə sanitariya və gigiyena meyarlarının olduqca aşağı olmasına görə, bizim əsas nigarançılıqlarımızdan biri, həmin mərkəzlərdə ruhinqalılar arasında təhlükəli xəstəliklərin yayılmasıdır. Bizim hazırda ehtiyac duyduğumuz məsələ, ruhinqalı didərginlərə humanitar yardımların göstərilməsi üçün daha artıq maliyyə mənbələrinin yaradılmasıdır.

Hələ ruhinqalı müsəlmanların özlərinin Myanmanın şimalındakı Raxin əyalətində yerləşən sabiq kəndlərinə, eləcə də əksər hissəsi yanmış və dağılmış mənzil və əkin sahələrinə geri dönmələri üçün Banqladeş və Myanma dövlətləri arasında konkret bir razılaşma imazlanmayıdbır. Hətta əgər həmin şəxslər Myanmaya geri dönsələr belə, onların Raxiln əyalətindəki sağlamlıqları və təhlükəsizlikləri barədə nigarançılıqlar öz qüvvəsində qalacaqdır.

Teqlər