Yan 06, 2018 21:26 Asia/Baku
  • Qorbaçov: Nüvə qüdrətləri NPT-yə sadiq qalsınlar
    Qorbaçov: Nüvə qüdrətləri NPT-yə sadiq qalsınlar

SSRİ-nin sonuncu lideri bildirib ki, nüvə gücləri NPT qarşısındakı öhdəliklərini unutmamalıdırlar.

Mixail Qorbaçov deyib ki, nüvə silahı olmayan bir dünya nüvə güclərinin ən mühüm öhdəliyidir.

Qorbaçovun sözlərinə görə, bu öhdəlik NPT-də qeydə alınıb və unudulmamalıdır.

Qorbaçov vurğulayıb ki, orta mənzilli nüvə raketlərinin qadağan olunması müahidəsinin ləğvi Avropa və Rusiya yaxınlığında raketin yerləşdirilməsi kimi birbaşa nəticələrə malik olacaqdır.

Qorbaçov bundan öncə də bildirmişdi ki, əgər ABŞ öz nüvə cəbbəxanalarını yenidən işə salarsa, pis nəticələr verəcəkdir və Rusiya da öz sərhədləri və Avropa yaxınlığında daha artıq raketlər yerləşdirəcəkdir.

Orta mənzilli nüvə raketlərinin qadağan olunması müahidəsi 1987-ci ildə Mixail Qorbaçov ilə ABŞ-ın ozamankı prezidenti Ronald Reyqan arasında imzalanıb.

Teqlər