Yan 07, 2018 10:03 Asia/Baku
  • Şaxta Ağ Evin yaxınlığında minlərlə evsiz insanın həyatını təhdid edir
    Şaxta Ağ Evin yaxınlığında minlərlə evsiz insanın həyatını təhdid edir

ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin bir neçə addımlığında yaşayan 7500 bomj soyuq qış günlərində güclü şaxtadan əziyyət çəkir.

İRİB-nin verdiyi məlumata görə, Bomjlara Yardım Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Keyt Valeyin qənaətinə görə, ötən 5 ildə Amerikada evsiz qalan insanların sayı xeyli artırb. 

Vaşinqtonda yaşayan Çarlz Cekson adlı bomj avqust ayında öz işini itirdiyini deyir. O, 20 il idi ki, dülgərlik peşəsi ilə məşğul olurdu. İşini itirdikdən sonra mənzil kirayəsini ödəyə bilməyən Cekson evsiz qalıb. 

Cekson deyir: Vaşinqtonda sadəcə yüksək əmək haqqına malik olan insanlar özləri və ailələri üçün mənzil icarə etmək imkanına malikdirlər. 

ABŞ hökuməti tərəfindən həyata keçirilən yeni bir araşdırmaya əsasən hər gecə bu ölkədə yarım milyona yaxın insan küçələrdə gecələməli olur. 

Bu araşdırmalara əsasən Amerikada evini itirmək təhlükəsi ilə üz-üzə olan insanlar federal hökumət tərəfindən hansısa dəstək ala bilmirlər. 

Amerikada yoxsul və varlı təbəqə arasındakı fasilə ötən illərdə sürətlə artıb və orta təbəqə demək olar ki, tamamilə sıradan çıxmaqdadır. 

Teqlər