Yan 07, 2018 11:02 Asia/Baku
  • Rus rəsmi: ABŞ İranı təhdid etmək haqqına malik deyil
    Rus rəsmi: ABŞ İranı təhdid etmək haqqına malik deyil

Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komissiyasının sədr müavini ABŞ-ın dünya ictimaiyyəti adından İranı təhdid etmək kimi bir haqqa sahib olmadığını deyib.

BMT Təhlükəsizlik Şurasının əksər üzvləri cümə günü BMT-nin Təhlükəsizlik Şurasının ABŞ-ın təzyiqi ilə İrandakı son iğtişaşlarla bağlı iclasında Vaşinqtonun qarşısında dayanaraq, İranda iğtişaşçıları himayə etməklə öz məqsədinə nail olması üçün Amerikaya bu fürsətdən sui-istifadə imkanı verməyiblər. 

İRNA-nın verdiyi məlumata görə, Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komissiyasının sədr müavini Frants Klintsoviç  BMT TŞ-nin İrandakı son iğtişaşlarla bağlı iclası barədə verdiyi açıqlamada ABŞ-ın dünya ictimaiyyəti adına İranı təhdid etmək haqqına malik olmadığını deyərək, İranın İraq və Liviyadan fərqli olduğunu bildirib. 

Klintsoviç İran kimi böyük hərbi gücə malik olan bir ölkdə gərginliyin yaradılmasının Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə səbəb olacağını deyərək, ABŞ-ın Rusiya, İran və Türkiyə arasındakı birliyə zərbə vurmaq ardınca olduğunu bildirib. 

Klintsoviç deyib: Gələcəkdə İran, Rusiya və Türkiyə üçbucağı ABŞ-ın siyasi hücumlarının əsas hədəfi olacaq. 

Teqlər