Yan 08, 2018 18:00 Asia/Baku
  • Rusiya Ali Məhkəməsi Putinin müxalifinin şikayətinə
    Rusiya Ali Məhkəməsi Putinin müxalifinin şikayətinə "yox" dedi

Rusiya Federasiyası Ali Məhkəməsi 2018-ci il prezident seçkilərində hökumətə müxalifin namizədliyinin təsdiqlənməməsinə dair Mərkəzi Seçki Komissiyasının qərarını təsdiqləyib.

İRİB-in məlumatına görə, Rusiya Mərkəzi Seçki Komissiyası hökumətə müxalif siyasətçi Aleksi Navalnı əleyhinə məhkəmə qərarını əsas gətirərək onun namizədliyini qeydə almayıb. 

Rusiya Federasiyası Ali Məhkəməsi bildirib: Mərkəzi Seçki Komissiyasının bu qərarı öz qüvvəsindədir. 

Mərkəzi Seçki Komissiyasında apelyasiya şikayəti rəd olunan Navalnı deyir ki, bu qərarda siyasi ambissiyaların müdaxiləsi olub və Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək. 

Navalnı Rusiyanın hazırkı prezidenti Vladimir Putinin 2018-ci il prezident seçkilərində əsas rəqibi sayılır. 

Rəy sorğularına əsasən, Putin prezident seçkilərində əsas bəxt sayılır. 

Rusiya prezident seçkiləri 2018-ci il 18 martda keçiriləcək. 

Teqlər