Yan 09, 2018 10:23 Asia/Baku
  • ikalı siyasətçi Trampdan nüvə anlaşmasını qorumasını istəyib
    ikalı siyasətçi Trampdan nüvə anlaşmasını qorumasını istəyib

Amerikanın milli təhlükəsizliyi üzrə 52 ekspert daxil olmaqla diplomatlar, konqresmenlər və ehtiyatda olan hərbçilərdən bir qrupu bir məktubda ABŞ prezidenti Donald Trampdan istəyibdir ki, İranla nüvə anlaşmasını təhlükəyə salmasın.

Bu məktubda deyilir: Amerika İran olayları qarşısında ehtiyatlı olmalıdır ki, heç bir addım atmasın, zira Vaşinqtonun milli təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan nüvə anlaşmasını təhlükəyə salmış olar.

Məktubu imzalayanlardan, ABŞ senatının xarici əlaqələr komitəsinin keçmiş sədri Riçard Loqar, Cor Buş dövlətində xəzinədarlıq naziri olmuş Pol Unil, ABŞ milli təhlükəsizlik agentliyinin keçmiş müdiri Maykl Hayden və Amerika ordusunun xüsusi təyinatlı qüvvələrinin sabiq komandanı kontr-admiral Erik Olsona işarə etmək olar.

Tramp yanvarın on ikisinədək İranla nüvə anlaşması barədə qərar çıxarmaq məhdudiyyətinə malikdir və həmin tarixədək nüvə anlaşması əsasında aradan götürülmüş sanksiyaların ləğvinin uzadılması barədə qərar çıxarmalıdır.

Daxili qanuna əsasən, Tramp hər 120 gündən bir, bu barədə qərar çıxarmağa borcludur.

ABŞ prezidentinin ötən milad ilinin oktyabrında öz fikrini konqresə bildirərkən İranın nüvə anlaşmasına sədaqətini təsdiq etməyəndə belə göründü ki, konqres nüvə anlaşmasının şiddətləndirilməsi və ya islahı üçün qanun qəbul etmək üzrə altmış günlük fürsətdən istifadə etməsə, Tramp bu anlaşmadan çıxmaq yolunda durmuş olacaqdır.

Teqlər