2017-ci ildə Fransada 20 terror hücumu zərərsizləşdirilib
Yan 09, 2018 14:28 Asia/Baku
-
2017-ci ildə Fransada 20 terror hücumu zərərsizləşdirilib
Fransa daxili işlər naziri bildirib ki,2017-ci ildə Fransada 20 terror hücumu zərərsizləşdirilibdir.
Fransa daxili işlər naziri Cerard Kollomb dünən deyib ki, Fransada terror hücumları təhlükəsindən uzaq olacaq heç bir məkan mövcud deyildir.
Yayılmış statistikalara görə, 2015-ci ildən bəri Fransada 230 mindən çox insan terror hücumlarında həyatını itirib.
130 nəfərin ölümü ilə nəticələnmiş 2015-ci ilin noyabrında Parisdə həyata keçirilmiş terror hücumundan sonra Fransada fövqəladə durum bərqərar edilmiş və bir neçə dəfə uzadılmışdı.
Fransa prezidenti Emmanuel Makron həmin terror hücumundan təqribən iki il keçəndən sonra 2017-ci il noyabrın birində bu ölkədə fövqəladə vəziyyətin başa çatdığını elan etdi.