AB bir daha İran ilə nüvə anlaşmasını dəstəklədi
-
AB bir daha İran ilə nüvə anlaşmasını dəstəklədi
Avropa Birliyinin sözçüsü çərşənbə axşamı deyib: Avropa Birliyi İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşmasına öz dəstəyini davam etdirərək, bu anlaşmanın icra prosesini ardıcıl şəkildə izləyəcək.
İRNA-nın məlumatına görə, Katerina Ray deyib: İran və 5+1 qrupu arasındakı anlaşma qorunmalıdır.
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini də ötən aylarda dəfələrlə İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşmasının bütün beynəlxalq ictimaiyyətə aid olduğunu vurğulayaraq, bu anlaşmanın bir beynəlxalq anlaşma olduğunu bildirib.
AB-nin sözçüsü həmçinin deyib: Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri 11 yanvarda Brüsseldə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb, nüvə anlaşması barədə danışacaqlar.