Cənubi Koreya prezidenti Şimali Koreyanın rəhbəri ilə görüşməyə hazır olduğunu
Cənubi Koreyanın prezidenti ixtilafların həll edilməsi məqsədi ilə Şimali Koreyanın rəhbəri Kim Çen İn ilə görüşməyə hazır olduğunu deyib.
YUNHAP informasiya agentliyinin verdiyi məlumata görə, Cənubi Koreyanın prezidenti Mun Jae İn paytaxt Seulda öz illik mətbuat konfransında Şimali Koreyanın rəhbəri Kim Çen İn ilə görüşməyə hazır olduğunu elan edib və deyib: Bunun üçün lazımi şərait yaradılmalı və Şimali Koreyanın nüvə məsələsi həll edilməlidir.
Cənubi və Şimali Koreya rəsmiləri çərşənbə axşamı sərhəd Panmuncum qəsəbəsində baş tutan danışıqlarda müxtəlif məsələlər o cümlədən Şimali Koreya idmançılarının Cənubi Koreyada keçiriləcək qış olimpiya yarışlarında iştirakı məsələsi araşdırılıb və tərəflər arasında razılıq əldə edilib. Bu da iki Koreya arasında gərginliyin azaldılmasına kömək edə biləcək bir hadisə sayılır.
Cənubi Koreyanın nüvə məsələləri üzrə xüsusi nümayəndəsi Li Do Hun da deyib: Şimali Koreya ilə əldə edilmiş anlaşmaya əsasən iki Koreyanın gərginliyin azaldılması məqsədi ilə hərbi rəsmilər arasında danışıqlar həyata keçirməsi barədə qərar qəbul olunub.
Bu, 2015-ci ildən bəri iki Koreya arasında baş tutan ilk birbaşa danışıqlardır.