ABŞ-ın hərəkətləri BMT rəsmisinin namizədliyini geri götürməsinə səbəb olub
BMT-nin insan haqları üzrə ali komissarı ABŞ-ın insan haqlarına qarşı yönəlmiş rəftarlarına etiraz olaraq, BMT-nin İnsan Haqları Komissarlığına növbəti seçkilərdə iştirakdan imtina edib.
Nyu-York Tayms qəzetinin yazdığına görə, BMT-nin insan haqları komissarı Zeyd Rəədül-Hüseyn ABŞ-ın insan haqlarını geniş formada pozmasına etiraz olaraq, növbəti mərhələ üçün bu komissarlığa başçılıqdan imtina edəcəyini bildirib.
Bu məlumata görə, Zeyd Rəədül-Hüseyn Cenevrədəki öz işçilərinə və BMT-nin baş katibi Antonio Quterreşə göndərdiyi qısa mesajlarda bildirib ki, gələn il fəaliyyət dövrünün sonuncu ili olacaq . Çünki, başqalarının qarşısında diz çökmək, yalvarmaq və ya sükut etməyin hakim kəsildiyi hazırkı dövrdə işləmək çox çətindir.
Deyilənlərə görə Quterreş bundan öncə Rədül-Hüseyndən ABŞ prezidenti Donald Trampa qarşı etirazlarını dayandırmasını istəmişdi. Çünki, bu məsələ ABŞ-ın BMT-yə maliyyə yardımlarını dayandırmasına səbəb ola bilər.
Rədül-Hüseyn dəfələrlə ABŞ prezidenti Donald Trampın qadınlar və mühacirlərlə bağlı rəftarlarını tənqid edib.