Tramp minimum natiqlik məharətinə sahibdir
Yan 11, 2018 11:11 Asia/Baku
-
Tramp minimum natiqlik məharətinə sahibdir
ABŞ prezidenti Donald Tramp bu ölkənin sabiq 15 prezidenti ilə müqayisədə minimum natiqlik məharətinə sahibdir.
İndependent qəzetinin yazdığına görə, factba.se informasiya mərkəzi Trampın mətbuat konfransları, müsahibələri ilə bağlı 30 min sözü təhlil edib və bildirib: O yeddi göstəricidən sadəcə üçünü qazana bilib. Bu isə 1929-cu ildən ABŞ-ın sabiq prezidentləri ilə müqayisədə minimum göstəricidir.
Bu mərkəzin bildirdiyinə görə, ABŞ-ın hazırkı prezidenti Donald Trampın danışıq səviyyəsi səkkiz yaşlı uşaq həddindədir.