Yan 11, 2018 18:01 Asia/Baku
  • AB rəsmisi nüvə anlaşmasının qorunmasını vurğuladı
    AB rəsmisi nüvə anlaşmasının qorunmasını vurğuladı

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: Bu birlik Əhatəli Müştərək Təşəbbüs Proqramını qorumaqda ciddidir.

Röytersin məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Brüsseldə nüvə anlaşması üzrə iclasda deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 9 hesabatda İranın nüvə anlaşmasının müddəalarını yerinə yetirdiyini təsdiqləyib və İranın nüvə proqramı tamamilə dincdir, bu birlik nüvə anlaşması üzrə birgə işçi qrupunda bu məsələni qeyd edir. 

"Nüvə anlaşması region və Avropanın təhlükəsizliyi üçün vacib olan beynəlxalq və transmilli anlaşmadır" -deyən Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru əlavə edib: Avropa Birliyi nüvə anlaşmasını beynəlxalq səviyyədə qorumaqda ciddidir. 

Mogerini deyib: Avropa Birliyi sanksiyaların ləğvinin İran iqtisadiyyatına müsbət təsirindən arxayın olmaq niyyətindədir. 

Teqlər