Brexit Almaniyada minlərlə iş yerini təhlükəyə salacaq
Bir ingilis şirkətin araşdırmasının nəticələri göstərir ki, İngiltərənin Avropa Birliyindən çıxması- Brexit, Almaniyada minlərlə iş yerini təhlükəyə salacaq.
Press TV-nin verdiyi məlumata görə, Diloyt(Deloitte) şirkəti tərəfindən cümə axşamı günü yayımlanan araşdırmanın nəticələrinə görə, brexit Almaniya avtomobil sənayesinin gəlirini 4,5 milyard dollar azalda bilər.
Alman avtomobil sənayesinin İngiltərə bazarına olan yaxın əlaqəsinə görə, brexit Almaniyada 14 min iş yerini təhdid edir.
Ümumdünya Ticarət Təşkilatı tərəfindən tətbiq olunan tariflər, eləcə də ingilis funt sterlinqinin dəyərinin aşağı düşməsi İngiltərədə alman avtomobillərinin satışını azaldacaq və alman avtomobil istehsalçılarına təsir göstərəcəkdir.
İngiltərə alman avtomobillərinin ən böyük bazarıdır.