Yan 15, 2018 10:18 Asia/Baku
  • Rusiya OPEK-lə razılaşmanı tərk edə bilər
    Rusiya OPEK-lə razılaşmanı tərk edə bilər

Rusiyanın ikinci ən iri neft şirkətinin prezidenti deyib: Rusiya neft icrac edən ölkələr təşkilatı OPEK ilə neftin istehsalının azaldılması üzrə imzaladığı razılaşmadan çıxa bilər.

Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, dünya bazarında neftin qiyməti gələn 6 ayda hər barel üçün 70 dolları ötüb keçərsə, Rusiya OPEK ilə imzaladığı razılaşmanı tərk edəcəkdir. 

Rusiyanın energetika naziri Aleksandr Novak da deyib: Neft ixrac edən ölkələrin 21 yanvarda qeyri-üzv 10 ölkə ilə birgə iclasda istehsalın məhdudlaşdırılması razılaşması barədə qərar qəbul ediləcək. 

Novak deyib: Brent markalı neftin qiymətinin hər barel üçün 70 dollara qalxmasını nəzərə alaraq hələ dünya bazarlarında təqdim və tələb arasında balans yaranmayıb.  

OPEK üzvləri və Rusiya kimi bu təşkilata üzv olmayan neft istehsalçıları 2016-cı il dekabrın axırlarında neftin ucuzlaşmasına mane olmaq məqsədi ilə 2017-ci ilin əvvəlindən altı ay müddətində öz istehsalını gündəlik 1 milyon 800 min barelə endirməyə qərar verdi. 

Sonralar bu razılaşma növbəti 9 ay üçün yəni 2018-ci il dekabrın axırlarınadək uzadıldı. 

Teqlər