Yan 15, 2018 12:24 Asia/Baku
  • Avstriyada etiraz aksiyası
    Avstriyada etiraz aksiyası

Avstriyada minlərlə adam sağçı hökumətə qarşı paytaxt Vyanada etiraz aksiyası keçirib.

Avstriya polisi aksiyada iştirak edənlərin sayının 20 min nəfər olduğunu bildirib, amma təşkilatçılar iştirakçıların ikiqat artıq olduğunu deyirlər. 

Aksiyaçılar əllərində üzərində "Nasistlərin hakimiyyətinə imkan verməyin!" yazılmış plakatlar daşıyıblar.

Aksiyaçılara görə hakim koalisiya ölkə üçün geriyə doğru addımdır və bu 80 il öncə Avstriyanın nasist Almaniyaya ilhaq olmasını nəzərdə tutur. Aksiyaçılar ifratçı sağçıların hakimiyyətdə fəaliyyətinə etirazlarını bildiriblər. 

Avstriyanın 31 yaşlı mühafizəkar kansleri Sebastian Kurts öz kabinetinə 6 ifratçı sağçı nazir daxil edib, onlardan üçü Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi kimi əsas nazirlikləri nəzarətə alıblar. 

Avstriyada indiki koalisiya 2000-ci ildən bəri bu ölkədə mühafizəkarlar və ifratçı sağçıların ikinci koalisiyası hesab olunur.  

Teqlər