Hindistan müsəlmanları sionist rejim baş nazirinin səfərinə qarşı çıxdılar
Sionist rejim baş naziri Benyamin Netanyahunun Hindistana səfərinə qarşı etirazlar bu ölkənin müxtəlif şəhərlərində bir neçə gün öncədən başlanıb və hələ də davam etməkdədir.
"Netanyahu! Qayıt!" Sionist rejim baş nazirinin Hindistana səfərinə etirazların şüarıdır. Bura Hindistanın şimalında Kargil şəhəridir. Mənfi 22 dərəcə temperaturda işğalçı rejimin pislənilməsi yüksək dərəcədədir.
Hindistanda müxbir Bəşarət Hüseyn deyib: Bu soyuq havada, əhali küçələrə axışıb ki, zalım işğalçı rejim əleyhinə aksiyada iştirak etsin.
Netanyahu beş günlük səfər çərçivəsində Hindistana gedib. Etirazçılar müqəvvasını yandıraraq onu qarşılayıblar. “İsrailə ölüm” Hindistanın Kargil etirazçılarının başqa bir şüarıdır. Onlar şüar verirlər ki, “Netanyahu Qandinin ölkəsindən rədd ol”
Etirazçı Məhəmməd Sadiq deyib: O getdiyi hər bir yerdə məyus olur. Hindistandan da naümid gedəcəyini ümid edirəm. Netanyahu dünyada fələstinlilər əleyhinə zülm və cinayətlə məşhurlaşıb.
Etirazçılar Fələstin bayrağı İmam Xomeyni (rə) və İslam İnqilabının Böyük Rəhbərinin şəkillərini daşıyıb və məzlum Fələstin xalqına dəstəyini elan ediblər.
Kargil ruhanisi Şeyx Qasimi deyib: Biz hamımız Fələstinləyik, Fələstinlə həmrəyik, İnqilab Rəhbəri də buyurublar ki, Fələstin bizim bədənimizin bir parçasıdır. Biz bu fərmana ləbbeyk deyirik.
Etirazçılar Hindistan hökumətindən istəyirlər ki, BMT-də Beytül-Müqəddəsin sionist rejimin paytaxtı tanınması əleyhinə səs verdiyi kimi, indi də öz yolunu bu rejimdən ayırsın.
Hindistan vətəndaşı deyib: Hazırda ABŞ və sionist rejim dünyada təcrid olunublar. Hindistan da onlarla birlikdə olmamalıdır.