Tillerson: Şimali Koreyaya qarşı təzyiqlər davam edəcək
ABŞ dövlət katibi Şimali Koreyanın nüvə proqramından əl çəkəcəyi zamana kimi təzyiqlərin davam edəcəyini deyib
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Reks Tillerson çərşənbə axşamı Kanadanın Vankuver şəhərində keçirilən "Koreya Yarımadasında Təhlükəsizlik və Sabitlik" iclasında Şimali Koreyanı "təhrikedici" hərəkətlərdə ittiham edib və deyib: Pxenyana qarşı sanksiyalar Şimali Koreyanın hərbi nüvə proqramından əl çəkmədiyi zamana kimi davam edəcək.
ABŞ dövlət katibi həmçinin, bütün ölkələr o cümlədən Rusiya və Çindən Təhlükəsizlik Şurasının Şimali Koreya əleyhinə sanksiyalarına əməl etmələrini istəyib.
Dünyanın 20 ölkəsinin xarici işlər nazirləri və yüksək səviyyəli rəsmiləri çərşənbə axşamı Kanadanın Vankuver şəhərində Şimali Koreyaya qarşı siyasi və iqtisadi təzyiqlərin artırılması yollarını araşdırıblar.
Şimali Koreya ötən aylarda dəfələrlə raket və hərbi nüvə proqramına görə ABŞ və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən sanksiyalara məruz edilib.
Vaşinqton və müttəfiqləri Şimali Koreyanın raket və hərbi nüvə proqramını dayandırmasını istəyirlər. Pxenyan isə ABŞ və müttəfiqləri tərəfindən özünə qarşı sanksiyaların davam etdiyi zamana kimi öz raket və hərbi nüvə potensialını artıracağını bildirib.