İtaliya və İspaniyanın sahil sularında 1400 qanunsuz mühacir suda boğulmaqdan xilas edilib
https://azeri.sahartv.ir/news/dünya-i292581-İtaliya_və_İspaniyanın_sahil_sularında_1400_qanunsuz_mühacir_suda_boğulmaqdan_xilas_edilib
İtaliyanın sahil qvardiyası Aralıq dənizinin sahil sularında 1400 mühaciri xilas edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2018 06:29 Asia/Baku
  • İtaliya və İspaniyanın sahil sularında 1400 qanunsuz mühacir suda boğulmaqdan xilas edilib

İtaliyanın sahil qvardiyası Aralıq dənizinin sahil sularında 1400 mühaciri xilas edib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, İtaliyanın sahil qvardiyasının çərşənbə axşamı yaydığı hesabata əsasən, müxtəlif xilasetmə əməliyyatları zamanı İtaliya və İspaniyanın müxtəlif gəmiləri təqribən 1400 qanunsuz mühaciri Aralıq dənizi sularında boğulmaq təhlükəsindən xilas edib. 

Bu məlumata görə, Afrikanın şimalından yola çıxan gəmilərə baxış keçirilən zaman 2 cəsəd də aşkar edilib. 

Beynəlxalq Miqrasiya Təşkilatı çərşənbə axşamı bir hesabat yayaraq bildirib: 2017-ci ildə 194 mühacir Aralıq dənizi sularında boğularaq, həyatını itirib. 

Qərbin Yaxın Şərq və Afrika ölkələrində böhran yaradan müdaxilə xarakterli siyasətləri bu məntəqə sakinlərinin daha yaxşı yaşam ümidi ilə mühacirətə üz tutmasına səbəb olub.