Çin: Vankuver iclası ABŞ-ın "soyuq müharibə" düşüncəsinin göstəricisi idi
Çinin Xarici İşlər Nazirliyi Amerika və müttəfiqlərinin Şimali Koreyanın nüvə təhdidi ilə mübarizə bəhanəsi ilə Kanadanın Vankuver şəhərində təşkil etdikləri son iclası "soyuq müharibə" təfəkkürünün məhsulu adlandırıb.
Asoşeyted Press-in məlumatına görə, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Liu Kanq çərşənbə günü deyib: BMT-nin adı altında və Kanadanın ev sahibliyi ilə Vankuver şəhərində keçirilən iclas bəzi ölkələrin "soyuq müharibə" düşüncəsindən xəbər verir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra deyib: Koreya Yarımadasının nüvə məsələsinin əsas tərəflərinin iştirakı olmadan hansısa iclasın keçirilməsi, bu məsələ üçün münasib həll yolunun tapılmasında təsirli ola bilməz.
Liu Kanq əlavə edib: Elə buna görə də dünya ictimaiyyəti bu iclasın legitimliyi və onda iştirak edənlərə elə ilk andan şübhə ilə yanaşıb.
Kanadanın Vankuver şəhərində keçirilən "Koreya Yarımadasında təhlükəsizlik və sabitlik" iclası 20 ölkənin iştirakıilə keçirilib. ABŞ-ın sifarişi əsasında baş tutan iclas Şimali Koreyanın nüvə təhdidi ilə mübarizə bəhanəsini əsas tutaraq, keçirilib.