Yan 18, 2018 21:50 Asia/Baku
  • Rusiya xalqının Putinə dəstəyi artıbdır
    Rusiya xalqının Putinə dəstəyi artıbdır

Ən yeni rəy sorğularına əsasən, Rusiya xalqının bu ölkənin prezidenti Vladimir Putinə dəstək miqdarı artıbdır.

Rusiya ümumi fikrin öyrənilməsi mərkəzinin bu gün yayılmış sonuncu rəy sorğusunun nəticələri göstərir ki, Vladimir Putin bu ölkədə keçiriləcək növbəti prezident seçkilərində seçicilərin səslərinin 73 faizini əldə edəcək.

Bu məlumata görə, 2017-ci ilin 27 dekabrında respondentlərin 71 faizinin Vladimir Putinə səs verməyə hazır olduğu bir halda, bu rəqəm hazırda 73 faizə çatıbdır.

Bu rəy sorğusunda Putindən sonra Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski və Rusiya Kommunist Partiyasının namizədi Pavel Qrodınin durubdur. Respondentlərin altı faizi deyibdir ki, bu iki nəfərə səs verəcəkdir.

Rusiya prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.

Teqlər