Yan 19, 2018 09:40 Asia/Baku
  • Fransada həbsxana gözətçilərinin aksiyasına polis müdaxilə edib

Fransa polisi Parisin yaxınlığında yerləşən Avropanın ən iri həbsxanasının gözətçilərinin etiraz aksiyasına qarşı repressiya tətbiq edib.

APTN-in verdiyi məlumata görə, dünən sözü gedən həbsxananın gözətçiləri sərt iş rejimi və əmək haqlarının az olmasına qarşı etiraz aksiyası keçiriblər. Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və nümayişçiləri döyüb. 

Aksiya iştirakçılarından biri polisin zorakılıqlarını pisləyərək deyib: Biz dinc formada maaşların az olması, peşə təhlükəsizliyinin olmaması və bizə qarşı edilən rəftarlara öz etirazımızını göstərmək istəyirik amma heç bir səbəb olmadan təhlükəsizlik qüvvələri tərəfindən döyülürük. 

Başqa bir etirazçı deyib: Biz bundan artıq bu duruma dözə bilmərik , buzim durumumuz Fransada bəzi peşələrin kədərləndirici vəziyyətinin nümunəsidir. 

Son həftələrdə Fransada onlarla həbsxana işçiləri ağır iş rejimi və əməkhaqlarının az olmasına qarşı etiraz aksiyaları keçirmişlər yaxud tətil elan etmişlər. 

Teqlər