Haitidə Trampın təhqiramiz açıqlamasına etiraz aksiyası
Yan 19, 2018 19:21 Asia/Baku
Haiti vətəndaşları ABŞ prezidentinin bu ölkə əleyhinə təhqiramiz və vulqar açıqlamasına etiraz olaraq aksiya keçiriblər.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Haiti paytaxtı Porto-Prens şəhəri əhalisi ABŞ səfirliyinin binası önünə toplaşaraq Birləşmiş Ştatlar prezidenti Donald Trampın son açıqlamasına etiraz edib.
Etirazçılar ABŞ-ın ötən illərdə Haitiyə qarşı müstəmləkəçiliyini xatırladaraq Birləşmiş Ştatlar hökumətinin irqçi siyasətlərinə öz etirazlarını bildiriblər.
Tramp 11 yanvarda Afrika ölkələri, Haiti və Elsalvador haqda təhqiramiz "iyrənc" ifadəsini işlərədək bu ölkələrdən miqrantların qəbulunun dayandırılmasını istəyib.
Trampın bu vulqar açıqlamasına ictimai və diplomatik etirazlar davam etməkdədir.