Yan 20, 2018 12:35 Asia/Baku
  • Baş nazir müavininin bahalı saatları qalmaqal yaratdı
    Baş nazir müavininin bahalı saatları qalmaqal yaratdı

Tayləndin baş nazir müavini öz bahalı qol saatları ilə ictimai qınağa tuş gəlib. Bu da Taylənd hökuməti üçün ciddi rüsvayçılığa səbəb olub.

Tayləndin baş nazir müavini general Pravit Vanqsvanın Taylənd ordusunun xidmətinə olan  və o qədər də yüksək olmayan əmək haqqına malik olan bir hərbçi kimi bahalı saatlardan istifadə etməsi xalq arasına ciddi sualların yaranmsına səbəb olub. 

İndiyə kimi Vanqsvanın 25 müxtəlif bahalı saatdan istifadə etdiyi müşahidə edilib. 

Bu məsələ ilə bağlı ictimai qınaq o həddə çatıbki, Taylənd hökuməti məsələni araşdırması üçün anti-korrupsiya idarəsinə göstəriş verib. 

Bu rüsvayçılıq sonda Tayləndin hərbi hökumətinin devrilməsinə səbəb ola bilər. 

Teqlər