Yan 20, 2018 18:01 Asia/Baku
  • YUNİSEF xəbərdarlıq etdi: Cənubi Sudanda uşaqların durumu acınacaqlıdır
    YUNİSEF xəbərdarlıq etdi: Cənubi Sudanda uşaqların durumu acınacaqlıdır

BMT-nin uşaqları himayə fondu YUNİSEF Cənubi Sudanda insani durumun ağırlaşması barədə xəbərdarlıq edərək, bu ölkə xalqının gələcəkdə təhlükələrin gözlədiyini bildirib.

Skay Nyus-un verdiyi məlumata görə, YUNİSEF Cənubi Sudanda uşaqların təqribən 70%-nin təhsildən məhrum olmasına işarə edərək, bildirib: Cənubi Sudanda formalaşmaqda olan yeni nəsil təhsil və investisiya fürsətlərinin itirilməsi təhlükəsi ilə üz-üzədir.

YUNİSEF həmçinin bildirib: Cənubi Sudanın cənubunda əhali aclıq və qida çatışmazlığından da əziyyət çəkir və lazımi yardımlar edilməzsə, bu ölkənin  yeni nəsli itirilmiş olacaq.

Cənubi Sudan 2013-cü ildə bu ölkə prezidenti Salva Ker ilə onun keçmiş müavini Rik Maçarın tərəfdarları arasında ağır toqquşmaların şahidi olmuşdu.

Bu toqquşmalar n əticəsində minlərlə nəfər yaşadığı yerdən didərgin düşmüş, yüzlərlə nəfər öldürülmüş və yaralanmışdı.

Cənubi Sudanda çıxan toqquşmalarda hətta, xilasedicilər belə hədəfə alınır. Bu da didərginlərə yardımların çatdırılması prosesini xeyli çətinləşdirir.

Cənubi Sudan hökuməti ilə qiyamçılar arasında 2017-ci ilin dekabrında Efiopiyanın paytaxtı Adis Ababada atəşkəs anlaşması imzalansa da, toqquşmalar  hələ də davam edir.

Tərəflər atəşkəsin pozulmasında qarşı tərəfi günahlandırır.

Teqlər