Lavrov: Ukraynada anlaşmanı pozmaq Avropa üçün utanc mənbəyidir
Rusiya xarici işlər naziri deyib: 2014-cü ildə Ukraynada çevriliş Avropa Birliyi üçün utanc mənbəyidir.
Kommersant qəzeti internet portalının məlumatına görə, Sergey Lavrov deyib: Qərbin beynəlxalq qanunlara xəyanət macərası Ukrayna tarixinin bir hissəsidir. Çünki Avropa Birliyinə üzv əsas ölkələrin xarici işlər nazirləri imzaladıqları anlaşmanı pozdular.
Lavrov 2014-cü il 21 fevral anlaşmasına toxunub. Bu anlaşma qərbyönlülərin sabiq prezident Viktor Yanukoviçə qarşı çevrilişindən bir gecə öncə hökumət və müxalifət arasında imzalanmışdı. Eləcə də Almaniya, Fransa və Polşa xarici işlər nazirləri də onu təsdiqləmək üçün imzalamışdılar.
Rusiya xarici işlər naziri deyib: Avropa Birliyi çevrilişdən sonra Rusiyanı Ukrayna haqda artıq bir iş görə bilməyəcəyi və anlaşmanı pozmağa məcbur olması ilə bağlı qane etməyə çalışdı.
Lavrov bu anlaşmanın pozulmasını Avropa Birliyi üçün utanc mənbəyi adlandırıb və Ukrayna böhranının həlli üçün Minsk anlaşmasının icrasını istəyib.