Yan 22, 2018 12:36 Asia/Baku
  • Yunanlar Makedoniyanın adının dəyişilməsi üçün aksiya keçirdilər
    Yunanlar Makedoniyanın adının dəyişilməsi üçün aksiya keçirdilər

Yunanıstanın şimalında Tessaloniki şəhərinin minlərlə sakini irimiqyaslı aksiya keçirərək Makedoniyadan ölkə adını dəyişməsini istəyib.

İRİB-in məlumatına görə, yunan aksiyaçılar bazar günü şüarlar səsləndirərək Makedoniyanı Yunanıstanın vilayətlərindən birini adı hesab edib və bildiriblər ki, bu ölkə bu addan istifadə edə bilməz. 

Bu aksiya elə bir halda keçirilir ki, Makedoniya baş nazir Zoran Zaev cümə günü ölkəsinin adının dəyişilməsi üçün milli anlaşmanı istədiyini bildirərək deyib: Makedoniyanın adının dəyişilməsi üçün həll yolu tapıldığı halda onu referendumun keçirilməsi üçün təsdiqləyəcək. 

Bir müddət öncə Nyu-Yorkda Skopye və Afina nümayəndələrinin son iclasından sonra Makedoniyanın yeni adı üçün beş təklif təqdim olunub. 

"Yeni Makedoniya Respublikası", "Şimali Makedoniya Respublikası", "Yuxarı Makedoniya Respublikası", "Vardar Makedoniya Respublikası, "Makedoniya Respublikası" (Skopye) Skopye və Afina nümayəndələri və BMT nümayəndələrinin Nyu-York iclasında təklif etdikləri adlardır. 

Makedoniya adı üzərində Yunanıstanla problemlər rəsmi Skopyenin üzləşdiyi əsas məsələlərdəndir. Belə ki, 1991-ci ildə Makedoniyanın Yuqoslaviyadan müstəqilliyini elan etdiyi vaxtdan bu ölkənin Yunanıstanla ölkənin adı ilə bağlı problemi vardır. 

Yunanıstan Qədim Makedoniyanın ölkənin böyük hissəsinə şamil olduğuna görə, Makedoniya hökumətinin sonralar bu ərazinin mülkiyyəti haqda iddiası məsələsindən nigarandır. Elə buna görə, Makedoniyanın adının dəyişdirilməsini istəyir. 

Teqlər