Yan 22, 2018 17:16 Asia/Baku
  • Mogerini Qüds məsələsinin həll yolunu müzakirə adlandırdı
    Mogerini Qüds məsələsinin həll yolunu müzakirə adlandırdı

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: Qüds məsələsinin həll yolu birbaşa müzakirə ilə əldə olunmalıdır.

Röytersin məlumatına görə, Federika Mogerini bazar ertəsi günü Avropa Birliyi Xarici Məsələlər üzrə Şurasının Brüssel iclasına daxil olarkən deyib: Avropalılar, eləcə də bütün ərəb dünyası və BMT bu qənaətdədir ki, Qüds üçün real və praktiki yeganə həll yolu birbaşa müzakirələrlə əldə olunmalıdır. 

ABŞ prezidenti Donald Tramp ötən dekabrda regional və beynəlxalq irimiqyaslı etirazlara rəğmən bildirib ki, Vaşinqton Qüdsü rəsmi şəkildə İsrail rejiminin paytaxtı tanıyır və öz səfirliyini bu şəhərə köçürəcək. 

Mogerini Trampın bu hərəkətinə reaksiyada bildirmişdi ki, Avropa Birliyi Qüdsü İsrail rejiminin paytaxtı kimi rəsmən tanımayacaq. 

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə kordinatoru bu gün həmçinin deyib: BMT-nin Liviya məsələləri üzrə xüsusi nümayəndəsi Avropa Birliyinin Xarici Məsələlər üzrə Şurasının iclasına dəvət olunub. Belə ki. bu ölkə böhranına son qoymaq üçün yeni siyasi addımlarla əlaqədar məlumatlar versin. 

Teqlər