Əlcəzairdə bomba partlayışı nəticəsində 3 nəfər ölüb
https://azeri.sahartv.ir/news/dünya-i293181-Əlcəzairdə_bomba_partlayışı_nəticəsində_3_nəfər_ölüb
Əlcəzairin şimalında bomba partlayışı nəticəsində üç mülki ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2018 05:19 Asia/Baku
  • Əlcəzairdə bomba partlayışı nəticəsində 3 nəfər ölüb
    Əlcəzairdə bomba partlayışı nəticəsində 3 nəfər ölüb

Əlcəzairin şimalında bomba partlayışı nəticəsində üç mülki ölüb.

Yerli mənbələr bildiriblər ki, bu üç nəfər dünən avtomobillə Əlcəzairin şimalındakı Əyn Əldifla vilayətində hərəkətdə olubdur ki, şose yolu kənarındakı bir bomba partlayıb və nəticədə həmin üç nəfər həlak olub.

Əyn Əldifla vilayəti Əlcəzairin paytaxtı Əlcəzirənin cənubundan yüz qırx kilometr aralıda yerləşir.

Əlcəzair ordusu ardıcıl şəkildə bu vilayətdə terrorçulara qarşı mübarizə halındadır və vaxtaşırı bu məntəqədə terrorçuların gizli məkanının aşkarlanması, ya da ki, bir neçə terrorçunun öldürülməsi haqda məlumatlar yayılır.