Fransa xarici işlər naziri İran ilə nüvə anlaşmasının icrasına təkid edib
-
Fransa xarici işlər naziri İran ilə nüvə anlaşmasının icrasına təkid edib
Fransanın xarici işlər naziri Jan İv Le Drian deyib: İran ilə nüvə anlaşmasını imzalayan ölkələr öz öhdəliklərinə əməl etməlidirlər.
CNN Nyus internet portalının cümə axşamına olan məlumatına görə, Fransa xarici işlər naziri ABŞ-ın İran ilə nüvə anlaşmasına yenidən baxılması üçün Avropaya təzyiq göstərməsindən nigaranlıq edib.
Fransa xarici işlər naziri Jan İv Le Drian ABŞ dövlət katibi Reks Tillerson ilə görüşdə deyib: Bir əsas prinsip mövcuddur və biz onun barəsində çox qətiyyətliyik. Bu prinsip nüvə anlaşmasını, onu imzalayan bütün tərəflərin anlaşmaya hörmətlə yanaşdıqları zamana kimi, qorumaqdır.
Fransa xarici işlər naziri daha sonra "Nə üçün Tramp hökuməti bu xüsusda məsuliyyəti Konqres və Avropalıların üzərinə atmaq istəyir? sualını irəli sürərək, Rusiya və Çinin də bu anlaşmanı imzaladıqlarını xatırladıb.
İran və 5+1 qrupu ölkələri (Təhlükəsizlik Şurasının 5 daimi üzvləri olan ABŞ, Britaniya, Fransa, Rusiya və Çin üstə gəl Almaniya) arasında əldə edilmiş nüvə anlaşması 2016-cı ilin iyulundan icraya qoyulb. Amma, ABŞ dövləti bu anlaşmanı imzalayan ölkələrdən biri olmasına baxmayaraq, elə ilk başdan öz öhdəliyinə əməl etməkdən boyun qaçırdıb.