BMT TŞ bir daha ABŞ səfirliyinin Qüdsə köçürülməsilə müxalifət edib
BMT Təhlükəsizlik Şurasının iclasında bir daha dünya ictimaiyyətinin ABŞ səfirliyinin Qüdsə köçürülməsilə müxalif olması vurğulanıb.
BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqin vəziyyəti barədə keçirilən iclasının iştirakçıları Amerikanın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək üzrə qərarı barədə nigarançılıq ediblər.
Bu iclasda həmçinin Amerika prezidenti Donald Trampın Fələstində BMT-nin nəzarəti altında olan fələstinli didərginlərə dəstək verən orqan- UNRWA-ya yardımların kəsilməsinə dair qərarı barədə söhbət edilib.
Bu iclasda İranın BMT-dəki nümayəndəsi Eshaq Ali-Həbib deyib: Regiondakı bütün münaqişələrin özəyi Fələstinin sionist rejim tərəfindən işğal olunmasından mənşə alır və yetmiş ildən bəri sürən ədalətsizlik sionist rejimin fələstinlilər və region barədəki ekspansianist və aparteid siyasətləri nəticəsində şiddətlənibdir.