ABŞ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edib
https://azeri.sahartv.ir/news/dünya-i293677-abŞ_rusiya_əleyhinə_yeni_sanksiyalar_tətbiq_edib
ABŞ-ın Xəzinədarlıq Nazirliyi Rusiyanın bir neçə hüquqi-fiziki şəxsi və şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2018 07:46 Asia/Baku
  • ABŞ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edib
    ABŞ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edib

ABŞ-ın Xəzinədarlıq Nazirliyi Rusiyanın bir neçə hüquqi-fiziki şəxsi və şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.

İRNA-nın məlumatına görə, ABŞ-ın Xəzinədarlıq Nazirliyi cümə günü 21 hüquqi şəxs və 9 şirkətin adını Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib. 

ABŞ bu şəxslər və şirkətləri Almaniyanın Siemens şirkətinə məxsus qaz turbinlərinin Krım yarımadasına köçürməkdə suçlayıb. 

Rusiyanın energetika nazirinin müavini Andrey Çezerov da ABŞ-ın sanksiyalar siyahısına əlavə olunan şəxslərdəndir. 

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Rusiya əleyhinə sanksiyalarına reaksiya verib: Rusiya ABŞ-ın sanksiyaları və yeni sanksiyalar siyahısını yayması ilə mübarizə üçün lazımi ehtiyat tədbirləri görmüşdür. 

Vaşinqton Rusiyanı 2016-cı il ABŞ seçkilərində müdaxilə etməkdə suçlayır. Halbuki Moskva bu ittihamı rədd edir. 

ABŞ və Avropa Birliyi 2014-cü il iyul ayında Krım yarımadasının Rusiyaya ilhaq edilməsindən sonra Moskvanın Ukrayna müxaliflərini dəstəkləməsi ittihamı ilə Rusiya əleyhinə sanksiyaları icra etmişlər.