Yan 27, 2018 20:54 Asia/Baku
  • Gürcüstan Müsəlmanlar İdarəsi ölkə məktəblərində bütün dinlərin əsaslarının tədris olunmasını vurğulayıb
    Gürcüstan Müsəlmanlar İdarəsi ölkə məktəblərində bütün dinlərin əsaslarının tədris olunmasını vurğulayıb

Gürcüstan Müsəlmanları İdarəsinin sədri deyib: Gürcüstan orta məktəblərində dini əsasların tədrisi ədalətli şəkildə həyata keçirilməli, bütün dinlərə aid məlumatlar dini tolerantlığın güclənməsi, müxtəlif dinlərin ardıcılları arasında dostluq münasibətlərinə kömək etməlidir.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Ramin İgidov deyib: Gürcüstan orta məktəblərində tədris olunan bəzi tarix dərsliklərində islam dini haqda yanlış məlumatlar vardır. Dərslik kitabları xüsusi diqqətlə hazırlanmalı və dinə zidd hallar kitablarda əks olunmamalıdır.

Gürcüstan Müsəlmanları İdarəsinin sədri bildirib: Gürcüstan Təhsil Nazirliyi dərslik kitablarındakı bəzi yanlışlıqların mövcud olduğunu etiraf etmiş və bu çatışmazlıqların aradan qaldırılmasını vəd etmişdir.

Gürcüstan Kütləvi İnformasiya Vasitələri son vaxtlar bu ölkə hökumətinin orta məktəblərdə dini əsasların tədrisi üzrə qərarından xəbər veriblər. Bununla əlqədar əlaqədar dövlət qurumları və müxtəlif dini cəmiyyətlərin nümayəndələri arasında bu mövzunun tədrisinin formatı haqda müzakirələr başlanmışdır.

Gürcüstanın 3 milyon 720 min nəfərlik əhalisinin əksər hissəsini xristian ortodoksları təşkil edir. Təxminən 500 min nəfər müsəlmandır.

Teqlər