Soyqırımıların əsas səbəbkarı Qərbdir
Qərblilərin dünyada soyqırımı törətmələrinin xatırlanması və soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün bir gün. Londonda keçirilən tədbirdə qərblilərin son əsrlərdə soyqırımlardakı rolu araşdırılıb.
Soyqırımı qurbanlarının xatirəsinə və bu dəhşətli cinayətlərin araşdırılmasına həsr olunan gün. Bu tədbirdə elan olunub ki, soyqırımıların əksəriyyəti Avropa dövlətlərinin inkarolunmaz rolları ilə törədilib.
İslam İnsan Haqları Komissiyasının rəhbəri Məsud Şəcərə deyib: Amerikaya ya Avstraliyaya gedən avropalılar tərəfindən yerli xalqların, ya da quldarlıq və ya qulların Amerikaya aparılması nəticəsində onların qətlə yetirilməsi. Bütün bunları başqa yerlərdə, Asiyada, Hindistanda, İranın özündə İngiltərənin qıtlıq yaratması ilə təxminən 10 milyon nəfərin qətlə yetirilməsini bir araya gətirdikdə, dünyada kütləvi qırğınların 99%-nin avropalılar tərəfindən həyata keçirildiyini müşahidə etmək mümkündür.
Bosniyalı insan haqları fəalı Dəmir Mahmud Çahacik Bosniya müsəlmanlarının soyqırımını bir hadisə deyil, bu Avropa ölkəsində müsəlmanları qırğın etmək üçün sistematik iradə adlandırıb.
Bosniyalı insan haqları fəalı Dəmir Mahmud Çahacik deyib: Dünya ictimaiyyəti 1992-ci ildən 1995-ci ilə qədər müsəlmanlara silah satışını boykot etməklə Bosniyanın müsəlman ictimaiyyətini zəiflətdi. Belə ki, bu vasitə ilə serblər müsəlmanlar əleyhinə soyqırımı törətdilər.
Myanma müsəlmanlarının kütləvi qırğını soyqırımının son bariz nümunəsidir. Myanmalı insan haqları fəalı Manq Zarninin qənaətincə, dünya ictimaiyyəti və digər beynəlxalq təşkilatlardan Fələstin, Myanma və dünyanın digər yerlərində soyqırımına son qoyulmasını gözləmək əbəsdir. Bu tendensiyanın durdurulması üçün xalqlar özləri ayağa qalxmalıdırlar.
Myanmalı insan haqları fəalı Manq Zarni deyib: Bir qrup şəxs özünü üstün görmək xülyası ilə digər insanları məhv edilməli olan mikrob kimi görürlər. Dünya insanları məlumatlandırma ilə yanaşı bu tendensiya qarşısında dayanmalıdırlar.
Hazırkı soyqırımının xüsusiyyətlərindən biri budur ki, dünya mediaları və bu cinayətlə mübarizə üzrə yüzlərlə qurumun gözü qarşısında baş verir.