Yan 28, 2018 10:18 Asia/Baku
  • Fransa vətəndaşları Türkiyənin Afrin əməliyyatına etiraz etdi
    Fransa vətəndaşları Türkiyənin Afrin əməliyyatına etiraz etdi

Minlərlə Paris sakini Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsinə etiraz əlaməti olaraq aksiya keçirib.

İRİB-in məlumatına görə, etirazçılar əllərində yazılı plakatlar tutublar. Plakatlarda "Türkiyə sivilləri bombalayır" məzmunlu ifadələr yazılıbmış. 

Etirazçılar həmçinin Fransa və digər qərb ölkələri rəsmilərindən Türkiyənin Suriyanın Afrin şəhərinə hərbi hücumu qarşısında qətiyyətli mövqe sərgiləmələrini istəyiblər. 

Türkiyə ordusu cümə günündən ağır artileriyadan istifadə edərək Afrində YPG-nin mövqelərini atəşə tutub. 

Türkiyə ordusunun Zeytun Budağı adlı quru əməliyyatı 20 yanvarda başlayıb. 

Dəməşq dəfələrlə Türkiyə hərbçilərinin Suriya ərazisindəki qeyri-qanuni əməliyyatını tənqid edib. 

Teqlər