Yan 30, 2018 17:34 Asia/Baku
  • C.Koreyanın müdafiə naziri Ş.Koreyaya qarşı çıxış edib
    C.Koreyanın müdafiə naziri Ş.Koreyaya qarşı çıxış edib

Cənubi Koreyanın müdafiə naziri deyib ki, Şimali Koreyanın nüvə silahlarından istifadə etməsi bu ölkənin adının dünya xəritəsindən silinməsinə bərabərdir.

Sonq Younq-moo Şimali Koreyanın öz nüvə önləyici qüdrətini gücləndirmək üzrə səyini davam etdirməsinə toxunaraq, əlavə edib: Pxenyan tərəfindən Cənubi Koreyaya və ya Amerikaya qarşı nüvə silahından istifadə, Şimali Koreya üçün bir intihar olacaqdır.

Cənubi Koreyanın müdafiə naziri bundan öncə Şimali Koreyanın nüvə silahlarından istifadə etməsi ehtimalı barədə tərəddüd etmişdi.

Cənubi Koreyanın müdafiə nazirinin sözləri onun ABŞ-ın müdafiə naziri Ceyms Mettislə Amerikanın Havay ştatında keçirdiyi görüşdən bir neçə gün sonra söylənibdir.

Şimali Koreya dəfələrlə vurğulayıbdır ki, Amerikanın bu ölkəyə qarşı təhdidlərinin davam edəcəyi zamanadək Pxenyan önləyicilik qüdrətini gücləndirmək məqsədilə öz ballistik raketləri və nüvə qüdrətini artırmağı davam etdirəcəkdir. 

Teqlər