Vaşinqton DC-də anti-Tramp aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i294341-vaşinqton_dc_də_anti_tramp_aksiyası
Onlarla amerikalı bu ölkə prezidentinin "respublikaçıların milli komitəsi"nin illik iclasında etdiyi çıxışına etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2018 13:04 Asia/Baku
  • Vaşinqton DC-də anti-Tramp aksiyası

Onlarla amerikalı bu ölkə prezidentinin "respublikaçıların milli komitəsi"nin illik iclasında etdiyi çıxışına etiraz olaraq, aksiya keçirib.

Etirazçılar Vaşinqtonda yerləşən və "Tramp Otel" kimi tanınan "İnter Kontinental" otelinin önündə respublikaçıların partiyası və milli komitəsinin ABŞ prezidenti Donald Trampla bu öteldə keçirilmiş illik yığıncağına qarşı çıxıblar.

Etirazçılar Trampa qarşı plakatlar gəzdirərək, "Biz bacaracağıq"", "Drimerləri müdafiə edin!" və "Biz burada qalacağıq!" şüarları veriblər.

Bu aksiyanı drimerlər keçiriblər. Drimerlər öz övladlarını uşaq olarkən Amerikaya gətirmiş və bu gün Tramp tərəfindən bu ölkədən çıxarılmaq təhlükəsi qarşısında qalan mühacirlərdir.