ABŞ miqrantlara qarşı əməliyyatı artırıb
https://azeri.sahartv.ir/news/dünya-i294405-abŞ_miqrantlara_qarşı_əməliyyatı_artırıb
ABŞ-ın miqrasiya polisinin məmurları ötən günlərdə 77 satış mərkəzi və ofisdə qeyri-qanuni işçiləri tapmaq üçün təftiş aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2018 07:43 Asia/Baku
  • ABŞ miqrantlara qarşı əməliyyatı artırıb
    ABŞ miqrantlara qarşı əməliyyatı artırıb

ABŞ-ın miqrasiya polisinin məmurları ötən günlərdə 77 satış mərkəzi və ofisdə qeyri-qanuni işçiləri tapmaq üçün təftiş aparıblar.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ-ın miqrasiya polisinin bəyanatında bildirilir: Qeyri-qanuni çalışmaqla mübarizə qanunun icrası məqsədilə polisin bu həftəki tədbirləri ölkə vətəndaşlarının məşğuliyyətinə zəmanət vermək məqsədini daşıyır. 

2017-ci ildə ABŞ hökuməti miqrantlar əleyhinə 1360 əməliyyatda 300-dən çox şəxsi həbs edib. Sənədləri nöqsanlı şəxsləri işə götürən şirkətlər ağır cərimələr ödəməyə məcbur olublar.