Kale qarşıdurmalarının səbəbi Fransada miqrant qaçaqçılığı olub
Fransa daxili işlər naziri Kaledə qarşıdurmaların əsas səbəbkarını miqrantların qaçaqçılığı ilə məşğul olan mafiyalar adlandırıb.
Röytersin məlumatına görə, Fransa daxili işlər naziri Gerard Kollomb cümə axşamı günü Kale liman şəhərində qarşıdurmaların əsas səbəbkarını miqrantların qaçaqçılığı ilə məğul olan mafiyalar adlandırıb və deyib: Radikal miqrantların çoxlu şəkildə artmasından narahat olan bəzi şəxslər onların iştirakına reaksiya verəcəklər.
Gerard Kollomb ötən gün Kaledə qarşıdurmaların baş verməsindən təəssüflənərək Kalenin şəraitini çox nigaranedici adlandırıb və əlavə edib: Cümə günü baş verən qarşıdurmalarda yaralananların sayı 22 nəfərə çatıb.
Fransa daxili işlər naziri həmçinin deyib: Bu miqrantlardan beş nəfəri güllə nəticəsidə yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır.
Fransa daxili işlər naziri bu həddə qarşıdurmanın artmasını Kale sakinləri və qeyri-miqrantlar üçün dözülməz adlandırıb.
Kollomb deyib: Miqrantların qaçaqçılığı ilə məşğul olan mafiyalar tezliklə yığışdırılmalıdır.
Fransa sərhəd polisi yanvar ayından bəri qaçaqçılıqla məşğul olan 6 mafiyanın yığışdırıldığını bildirib.