Putin Volqoqrad döyüşünü xatirəsini andı
Rusiya prezidenti qanlı Volqoqrad döyüşünün 75 illiyində deyib: Bu döyüş II Dünya Müharibəsinin taleyini dəyişən ən böyük döyüş idi.
APTN televiziyasının məlumatına görə, Vladimir Putin cümə günü Stalinqrad (Volqoqrad) Döyüşünün xatirəsinə ucaldılmış abidəni ziyarət edərək və gül dəstəsi qoyaraq deyib: 75 il öncə Volqa çayının sahilində Stalinqraf əfsanəvi qələbəsi qazanıldı və bu qələbə nasist Almaniyasının məğlubiyyətinə şərait yaratdı.
Putin Volqoqrad döyüşü qələbəsinin ildönümü münasibəti ilə təbrik edib və deyib: Bu döyüş II Dünya Müharibəsində ordumuz və xalqımızın qələbəsi ilə başa çatan vətən uğrunda ən böyük döyüş idi.
Volqoqrad hazırda Rusiyanın cənubunda Volqa çayının kənarında yerləşən şəhərin adıdır.
Bu şəhərin adı 1961-ci ildə İosif Stalinin diktaturasının rədd olunmasına görə dəyişdi. Lakin Stalinqrad adı II Dünya Müharibəsində əsaslı dəyişikliyə səbəb olan tarixi döyüşlə ayrılmaz şəkildə düyünlənmişdir.
Stalinqradda 5 aylıq döyüş 19942-ci il avqust ayı ilə 1943-cü il fevral ayı arasında tarixdə ən qanlı döyüşlərdən biri hesab olunur. Bu döyüşdə həlak olan hərbçi və sivillərin sayı təxminən 2 milyon nəfər hesab olunur.
Bu şəhər tamamilə dağıdıldı. Belə ki, 1943-cü ilin fevralın ikisində nasist Almaniya qüvvələri təslim oldular.