Fev 03, 2018 19:22 Asia/Baku
  • 
Britaniya hökuməti əleyhinə irimiqyaslı yürüş
    Britaniya hökuməti əleyhinə irimiqyaslı yürüş

Britaniya paytaxtı Londonda hökumətin sərt iqtisadi qənaət, özəlləşdirmə və səhiyyə sistemi ilə bağlı siyasətlərinə etiraz yürüşü keçirilib.

İRNA-nın məlumatına görə, Britaniya baş naziri Tereza Meyin mühafizəkar hökumətinin sərt iqtisadi qənaət, özəlləşdirmə və səhiyyə sistemindəki siyasətləri Milli Səhiyyə Xidmətində ciddi problemlər və böhranın yaranması ilə nəticələnib. Bu siyasətlərə etiraz olaraq minlərlə nəfər Londonda yürüş keçirib. 

Etirazçılar Tereza Meyin səhiyyə və müalicə sektoru ilə bağlı sərt qənaət siyasətləri əleyhinə şüarlar səsləndirib, ictimai səhiyyə sisteminin büdcəsinin azaldılması, maliyyə problemlərinə görə, bəzi tibb mərkəzləri və xəstəxanaların bağlanmasını qınayıblar. 

Bu yürüşün dəstəkçilərindən biri olan Müharibənin Dayandırılması Koalisiyası öz müraciətində bildirib: Milli Səhiyyə Xidməti mühafizəkar hökumətin sərt iqtisadi qənaət siyasətləri və etinasızlığına görə, böyük böhranla üzləşib. 

Araşdırmalar Britaniya hökumətinin səhiyyə vəziyyətini yaxşılaşdırmaq əvəzinə diqqətini hərbi təchizatın artırılmasına yönəltdiyini göstərir. 

Bu etiraz yürüşü zamanı xəstəxanalarda lazımi səhiyyə avadanlıqlarının olmadığına görə, dünyasını dəyişənlərin ailələrindən bir qrupu nitq söyləyib. 

Teqlər