Rusiya: ABŞ nüvə potensialını artırmağı əsaslandırmaq üçün bəhanə tapıb
https://azeri.sahartv.ir/news/dünya-i294513-rusiya_abŞ_nüvə_potensialını_artırmağı_əsaslandırmaq_üçün_bəhanə_tapıb
Rusiyanın Vaşinqtondakı səfiri deyib: ABŞ öz hərbi xərcləri və nüvə potensialını artırmağı əsaslandırmaq üçün Rusiyanı bəhanə tapıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2018 08:57 Asia/Baku
  • Rusiya: ABŞ nüvə potensialını artırmağı əsaslandırmaq üçün bəhanə tapıb
    Rusiya: ABŞ nüvə potensialını artırmağı əsaslandırmaq üçün bəhanə tapıb

Rusiyanın Vaşinqtondakı səfiri deyib: ABŞ öz hərbi xərcləri və nüvə potensialını artırmağı əsaslandırmaq üçün Rusiyanı bəhanə tapıb.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib: ABŞ öz hərbi sənayesinə külli miqdarda vəsait əlavə etmək üçün bir daha Rusiyanı təhdid və təhlükəli adlandırır. 

Anatoli Antonov əlavə edib: Vaşinqton öz yeni nüvə siyasətləri vasitəsi ilə şərikləri ilə qüdrət prizmasından danışmaq istəyir. Lakin bu formada Rusiya ilə davrana bilməz. 

ABŞ-ın yeni nüvə doktrinası prezident Donald Tramp 2017-ci il yanvar ayında Ağ Evə gəlişi ilə irəli sürdüyü çərçivələr istiqamətində cümə günü yayımlanıb. 

Bu sənəddə önəmli qeyri-nüvə obyektlərinə hücumlara nüvə reaksiyası və yeni nüvə silahlarının istehsalı nəzərdə tutulub. 

Əslində bu sənəd əsasən dünyada əsas nüvə qüdrətlərindən biri olan Rusiyanı nəzərdə tutur.