Fev 04, 2018 19:34 Asia/Baku
  • Korsika adası Fransadan ayrılmaq istəyir
    Korsika adası Fransadan ayrılmaq istəyir

Fransanın cənub-şərqində Korsika adası sakinləri irimiqyaslı aksiya keçirərək Fransadan ayrılmaq istədiklərini bildiriblər.

İRİB-in məlumatına görə, yerli kütləvi informasiya vasitələri aksiyada 22-25 min, Fransa polisi isə təxminən 6 min nəfərin iştirak etdiyini bildiriblər. Sakinlər Fransadan ayrılmağı və tezliklə müstəqil olmağı vurğulayıblar.

Korsika adası parlamentinin sədri Jan Guy Talamoni deyib: Bu aksiya dinc və qətiyyətli ictimai qüdrətin nümayişidir. Çünki bu adanın Fransadan fərqli mədəniyyəti və dili vardır. Buna görə, onlar Fransadan müstəqil olmaq istəyirlər.

Aksiyaçılar etiraz aksiyasının sonunda Fransa prezidenti Emmanuel Makrona üç günlük vaxt veriblər ki, Korsika adasına səfər eetsin və bu adanın Fransadan ayrılması üzrə müzakirələri başlatsın.

Teqlər