Afinada geniş etirazlar
Yunanıstan vətəndaşları geniş aksiyalarda iştirak edərək, sabiq Yuqoslaviyanın Makedoniya ölkəsinin adı üçün yeni bir adın təyin olunması barədə Afina-Skopye müzakirələri prosesi ilə müxalifət ediblər.
Təqribən bir milyon 500 min nəfər müxtəlif sindikatların və pravoslav kilsəsinin himayəsi, eləcə də xalq təşkilatlarının dəvətilə bazar günü Yunanıstanın paytaxtı Afinada, Afina-Skopye müzakirələri prosesinə etiraz olaraq, aksiya keçirib və Yunanıstan dövltəindən bu müzakirələrə son qoymasını tələb edibdir.
Aksiyaçılar bir bəyanatda sabiq Yuqoslaviyanın Makedoniya ölkəsinin adının tərkibində Makedoniya sözü ilə öz ciddi müxalifətlərini bildirib və dövlətdən bu cəmiyyətin tələbinə hörmət etməsini istəyiblər.
Yunanıstan dövlətilə müxalif ən böyük partiya olan sağçı Yeni Demokratiya Partiyası bu qədər insanın aksiyada iştirakını xalqın bu ölkə dövlətinə inamsızlığının bəyanedicisi hesab edib.