Qabriel: ABŞ-ın yeni nüvə strategiyası Avropa üçün ciddi bir təhdiddir
-
Qabriel: ABŞ-ın yeni nüvə strategiyası Avropa üçün ciddi bir təhdiddir
Almaniyanın xarici işlər naziri dünən ABŞ-ın yeni nüvə strategiyasının yayılmasına reaksiyada bildirib ki, bu strategiya Avropa üçün ciddi bir təhdid sayılır.
Amerika müdafiə nazirliyi- Pentaqon cümə günü Vaşinqtonun "Nüvə durumunun araşdırılması" sənədini yaydı.
Bu sənəd ABŞ prezidentinə belə bir ixtiyarı verir ki, nəinki nüvə hücumu hədəsilə üzləşərkən, həm də kiber hücumlarına cavabda belə, nüvə silahına əl atsın.
Amerika tərəfindən nüvə silahlarından, özü də atılması barədə fərmanın Tramp kimi səbatsız bir prezidentin ixtiyarında olan silahlardan istifadə həddinin aşağı enməsi hamını, hətta Amerikanın ənənəvi müttəfiqlərini belə, nigaran edibdir.
Ziqmar Qabriel bildirib ki, Avropa özünün təhlükəsizliyi üçün də olmuş-olsa belə, meydana girməlidir.
Almaniyanın xarici işlər naziri əlavə edib: Tramp dövlətinin yeni nüvə strategiyası dünyada yeni atom silahları rəqabətinin formalaşması ilə nəticələnəcək.
Rusiya və Çin də bundan öncə ABŞ-ın yeni nüvə strategiyasını tənqid etmişdilər.
İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif də şənbə günü gecə Vaşinqtonun "Nüvə durumunun araşdırılması" sənədinin yayılmasına reaksiyada belə söylədi: Amerikanın yeni nüvə strategiyası atom silahlarına malik olan ölkələri öz nüvə cəbbəxanlarını kiçiltməyə və nəticə etibarı ilə bu silahları məhv etməyə doğru hərəkət etməyə çağıran NPT-nin açıq şəkildə pozulması deməkdir.
Stokholm sülh müəssisəsinin illik hesabatında aparılmış hesablamalara əsasən, Amerika 2016-cı ilin əvvəlində yeddi min nüvə başlığına malik idi. Bu qədər nüvə başlığı dünyanı məhvə doğru sürükləyə bilər.