Fev 05, 2018 19:06 Asia/Baku
  • ABŞ ordusu İraqdan çıxır
    ABŞ ordusu İraqdan çıxır

Amerikan anti-İŞİD koalisiyası bazasının qərbli podratçıları ABŞ ordusu qüvvələrinin İraqdan çıxmalarından xəbər veriblər.

Assoşieyted-Press-in məlumatına görə, amerikan anti-İŞİD koalisiyası bazasının qərbli podratçıları bildiriblər ki, ABŞ ordusu İŞİD qüvvələrinin İraqda məğlub olmalarının ardınca bu ölkədən çıxmağa başlayıb və silah və təchizatları Əfqanıstana köçürməkdədir.

Bu məlumata görə, onlarla amerikalı hərbçi ötən bir həftə ərzində gündəlik uçuşlarla İraq torpağını tərk edibdir.

Ardıcıl məğlubiyyət və uğursuzluqların ardınca 2011-ci ildə İraq torpağını tərk etməyə məcbur olmuş amerikalılar 2014-cü ildə İŞİD ilə mübarizə bəhanəsilə və beynəlxalq bir koalisiyaya başçılıq edərək, bir daha bu ölkəyə daxil oldular.

İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Heydər Əlibadi 2017-ci il dekabrın 9-da İraqda İŞİD-ə son qoyulduğunu və bu ölkənin tam şəkildə geri alındığını elan etmişdi.

Amerikalı hərbçilərin İraqdan çıxmaları üzrə tələblər dalğası amerikan qırıcıların ötən həftənin şənbə günü iyirmi iraqlının həyatını itirməsi və yaralanması ilə nəticələnən Ələnbar vilayətinin qərbində yerləşən Əlbəğdadi məntəqəsinə qarşı hücumu ilə şiddətləndi.

 

Teqlər