Suriyada vurulan təyyarənin rus pilotu milli qəhrəman oldu
https://azeri.sahartv.ir/news/dünya-i294693-suriyada_vurulan_təyyarənin_rus_pilotu_milli_qəhrəman_oldu
Ötən şənbə Suriyanın şimalında vurulan Rusiya Su qırıcı təyyrəsinin pilotu ölkənin milli qəhrəmanı olaraq seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2018 06:12 Asia/Baku
  • Suriyada vurulan təyyarənin rus pilotu milli qəhrəman oldu
    Suriyada vurulan təyyarənin rus pilotu milli qəhrəman oldu

Ötən şənbə Suriyanın şimalında vurulan Rusiya Su qırıcı təyyrəsinin pilotu ölkənin milli qəhrəmanı olaraq seçilib.

Rusiyanın 2-ci televiziyasının məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin təklifi və prezidentin təsdiqləməsəi ilə Krım yarımadasının Rusiyaya ilhaq edilməsindən sonra bu ölkə ordusuna vəfadarlıq andı içmiş Ukrayna əsilli pilot Roman Filippov Suriyada terrorçularla müharibədə Rusiya Hərbi Hava Qüvvələrinin ən yaxşı pilotlarından biri olaraq ölümündən sonra milli qəhrəmana çevrilib. 

Ən-Nüsrə Cəbhəsi terror qruplaşması ünsürlərinin yayımladığı kadrlara əsasən, terrorçular Filippovu əhatəyə alaraq toqquşma zamanı, o əl qumbarasını partlatmış və özündən əlavə çoxlu sayda terrorçunu öldürmüşdür. 

Rusiyanın 2-ci televiziyası bildirib ki, o mühasirəyə düşməzdən öncə, iki terrorçunu öldürə bilmişdir.